Son 7 ayda Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaşın müraciətini araşdırıb

AZADİNFORM. Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaş müraciətini araşdırıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, müraciətlər daha çox emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. 

Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 39 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 16 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

10.08.2018 19:07 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo