Barselona yeni kapitanı Messi

Samir Soltanov/AZADİNFORM. “Barselona” yeni kapitanını seçib. 

Azadinform klubun saytına istinadən xəbər verir ki, kapitanlıq sarğısı Lionel Messiyə verilib. 31 yaşlı hücumçu buna qədər Kataloniya klubunun vitse-kapitanı olub.  

Hazırda isə vitse-kapitanlar Serxio Butskes, Jerar Pike və Serxi Robertodur. 

Xatırladaq ki, bundan öncə “Barselona”nın kapitanı komandadan ayrılan Andres İnyesta olub. 

10.08.2018 19:00 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo