Gömrük işçilərindən gizlədilən 40 min dollar müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana "Mersedes Benz travego" markalı avtobusla gedən Türkiyənin iki vətəndaşının üzərində "Sınıq Körpü" gömrük postunda şəxsi yoxlama aparılıb. 

Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib. 

Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 dollar aşkar edilib.

10.08.2018 18:52 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo