Sabirabad sakinini aldadaraq maşınını oğurlayan Salyanda saxlanılıb

Samir Soltanov/AZADİNFORM. İyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan alıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilib və məlumat aidiyyəti üzrə ötürülüb. 

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılıb.

10.08.2018 18:06 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo