Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi Tacikistanın dünyaya çıxışı üçün çox gözəl imkandır

Ləman Hüseynzadə / AZADİNFORM. “Azərbaycan-Tacikistan münasibətlərinin potensialı iqtisadi əlaqələrin genişlənməsindən ibarət olmalıdır. Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi Tacikistanın dünyaya çıxışı üçün çox gözəl bir imkandır”.

Bu fikirləri Azadinform-a millət vəkili Asim Mollazadə Azərbaycan ilə Tacikistan arasındakı münasibətləri şərh edərkən deyib.

O bildirib ki, iki ölkə arasında mədəni sahədə olan məsələlərlə bağlı əməkdaşlığın böyük perspektivləri var: “Ümidvaram ki, Azərbaycan ilə Tacikistan arasında bu istiqamətdə də əlaqələr daha da genişlənəcək. Ermənistanla olan münasibətə qaldıqda isə Tacikistan Ermənistanla eyni hərbi blokun üzvləridir. Çox yaxşı olardı ki, Tacikistan da zamanında Qazaxıstanın və Belarusun ifadə etdiyi fikirləri, yəni Ermənistanın siyasətinə düzgün qiymət verməklə bağlı müvafiq addımlar atardı”.

10.08.2018 17:10 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo