Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açılacaq

AZADİNFORM. “Azərbaycanın Tacikistanla möhkəm dostluq və əməkdaşlıq əlaqələri mövcuddur”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, bu gün Tacikistanın prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri bir dost ölkənin prezidentinin ölkəmizə səfəri kimi başa düşülür: “Müstəqillik Tacikistanda da Azərbaycanda olduğu kimi keşməkeşli yol keçib. Ölkə vətəndaş müharibəsindən əziyyət çəkib. Məhz cənab Emoməli Rəhmonun rəhbərliyi ilə Tacikistan bütün çətinlikləri arxada qoya bilib. Tacikistanın iqtisadiyyatı inkişaf mərhələsindədir. Ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Ümumiyyətlə, qısa olaraq qeyd etmək istəyirəm ki, Emoməli Rəhmonun ölkəmizə səfəri Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq”.

10.08.2018 17:01 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo