Bu yolda geridönmə təşkil edilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.

10.08.2018 16:52 / Baxılıb: 86 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo