Paşinyanın bununla bağlı arzuları ürəyində qalacaq

Ləman Hüseynzadə / AZADİNFORM. “Mən inanmıram ki, Paşinyanın Nazarbayevlə danışması Ermənistan-Qazaxıstan yaxınlaşmasına səbəb olsun. Sadəcə olaraq, Paşinyan onunla ona görə telefonla əlaqə saxlayıb ki, Yuri Xaçaturovu vəzifədən kənarlaşdırıb həbs etmək istəyir. Nazarbayev də Putindən sonra KTMT-də ən nüfuzlu adamdı. İstəyinə nail olmaq üçün ondan bu işə kömək etməyini istəyirdi”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hər halda Nazarbayev bu məsələdə tamamilə obyektiv mövqe tutacaq: “Putinin qərarı nə olarsa onunla da razılaşacaq. Məsələ də elə bu cür həll ediləcək. Putin isə Xaçaturovun xidmət müddəti başa çatmadan onun vəzifədən azad edilməsini və Ermənistana qaytarılmasını istəmir. Zənnimcə, hadisələr elə bu istiqamətdə inkişaf edəcək”. 

Paşinyanın Türkiyə-ABŞ münasibətlərində yaranmış ziddiyyətdən yararlanmaq istəyindən danışan Q.Hüseynli qeyd edib ki, ermənilər Türkiyə üçün hər şeyin pis olmasını arzulayarlar: “Çünki Türkiyə üçün nəyinsə pis olması onlar üçün yaxşı olması deməkdir. Amma hesab etmirəm ki, Türkiyə ilə ABŞ arasındakı ziddiyyətlər çox dərinləşsin. Bu məsələ bir nöqtədə öz həllini tapacaqdır. Məncə, Türkiyənin bir qədər kompromisə meyilli olması tələb olunur. Yəni Amerika ilə münasibətləri tam ziddiyyətli bir səviyyəyə qaldırmaq olmaz. Güman edirəm ki, qardaş ölkə də bu cür hərəkət edəcək və düşmənin gücləndirilməsinə imkan verməyəcək. Buna görə də Paşinyanın bununla bağlı arzuları ürəyində qalacaq”.

10.08.2018 16:23 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo