İxrac olunan təbii qazın dəyəri açıqlanıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Azadinform-a verilən məlumata görə, hesabat dövründə ixrac olunan təbii qazın dəyəri isə 749 milyon 713 min ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, keçən ilin yanvar-iyul aylarında ölkədən 3 milyard 831 milyon 705 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 669 milyon 181 min dollar olub.

10.08.2018 16:14 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo