İxrac edilən neft və neft məhsullarının dəyəri açıqlanıb

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 16 milyon 658 min 927 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. 

Azadinform xəbər verir ki, 7 ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 8 milyard 676 milyon 292 min ABŞ dolları olub. Azadinform xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 11 milyon 413 min 914 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 4 milyard 429 milyon 770 min dollar təşkil edib.

10.08.2018 15:48 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo