Səfər iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verəcək

Şəfa Tapdıq/AZADİNFORM. “Tacikistan prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirirəm”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Tacikistan arasında hər zaman qarşılıqlı münasibətlər olub: “Bu, Sovetlər dönəmində də, müstəqillik illərində də belə olub. Tacikistanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biri də bizik. İki ölkə arasında münasibətlərin daha böyük potensialı var. Düşünürəm ki, Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə səfəri iki dövlət arasındakı münasibətlərə öz töhfəsini verəcək”.

10.08.2018 15:35 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo