Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar ediblər

Samir Soltanov/AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon bu gün birgə işçi nahar ediblər. 

Azadinform xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulandı. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edildi.

10.08.2018 15:26 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo