Türkiyə ordusu 39 terrorçunu zərərsizləşdirib

Samir Soltanov/AZADİNFORM. 3-9 avqust tarixləri arasında Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK/KCK terror təşkilatlarına qarşı Şırnak, Siirt, Mardin və İraqın şimalında əməliyyatlar davam etdirilib. 

Azadinform xəbər verir ki, əməliyyatlar çərçivəsində ölkə daxilində 24, xaricdə isə 15 nəfər olmaqla, ümumilikdə 39 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçulardan 4-ü təşkilatın sözdə lider heyətdən olduqları müəyyənləşib. Bundan başqa, terrorçulara aid 19 tüfəng, 3 tapança, 28 əl bombası, 7 rabitə cihazı, 158 kiloqram amonium nitrat müsadirə edilib, 12 əl istehsalı partlayıcılar məhv edilib.

Qeyd edək ki, əməliyyatlar zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 4 hərbçi isə yaralanıb.

10.08.2018 15:15 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo