Vafli aldı, ülgüc çıxdı Cəlilabadda şirniyyatın acı sonluğu - FOTO - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. 18 yaşlı qız ölümdən döndü. Şirniyyat yeyib ağzını şirin etmək istəyərkən, az qala həyata vida edəcəkdi.

Azadinform xəbər verir ki, haqqında danışacağımız hadisə Cəlilabadın Uzuntəpə kəndində yaşayan Cənnətovlar ailəsində baş verib. Belə ki, kənd sakini 18 yaşlı Əfsanə Cənnətovanın anası dükanların birindən 1 kq vafli (şirniyyat) alıb, amma bu şirniyyat onlara acı anlar yaşadıb. Ailə üzvləri bu təamı dadarkən Əfsanə qəflətən öskürüb və yediyi şirniyyatı qusaraq qaytarıb. Gənc qız boğazında nə isə qaldığını bildirib. Elə məsələnin mahiyyəti də bundan sonra anlaşılıb. Anası Əfsanənin əlində olan vaflinin hələ qəbul etmədiyi hissəsinə baxarkən məlum olub ki, onun içərisində ülgüc parçası var. Kəsici əşyanın qırıqları isə vaflinin məhz Əfsanənin udmaq istədiyi hissəsində olub. Bundan narahat olan valideynlər övladlarını təcili olaraq xəstəxanaya çatdırmağa çalışıb. Xəstəxanaya gedərkən Əfsanə yolda qusub və ülgücün onun boğazında qalmış hissəsi yerə düşüb.

Qeyd edək ki, həkimlərin müayinəsi zamanı ülgücün qızın qida borusunu zədələdiyi müəyyən olub. Hazırda Əfsanə Cənnətovanın qida borusunda yara olduğu üçün qidalanmaqda çətinlik çəkir. Hətta valideynləri deyir ki, bu gün pomidor yemək istəyərkən onun ağzından qan gəlib.

 

 

 

10.08.2018 14:50 / Baxılıb: 4270 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo