Sanksiyaları iqtisadi müharibə kimi qiymətləndirəcəyik

Samir Soltanov/AZADİNFORM. “ABŞ Rusiyanın iqtisadi gücünü zəiflətmək üçün sanksiyalara əl atıb”. 

Azadinform xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib. Baş nazir qeyd edib ki, Rusiya əsrlərdir sanksiyalarla mübarizə aparır: “Bu niyə edilir? Rusiyanın beynəlxalq arenada güclü bir rəqib olmasını önləmək üçün sanksiyalar tətbiq edilir”. 

ABŞ-ın yaxın gələcəkdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalardan danışan Medvedev qeyd edib ki, əgər bank sektoruna və ya valyuta bazarına sanksiyalar tətbiq edilsə, bunu iqtisadi müharibə kimi qiymətləndirəcəyik: “ABŞ-ın bu addımına mövcud bütün iqtisadi və siyasi addımlarla cavab verilməlidir”. 

Qeyd edək ki, sanksiyalar İngiltərənin Salisberi şəhərində mart ayında Rusiya agenti Sergey Skripal ilə qızı Yuliya Skripalın zəhərlənməsi faktına görə tətbiq ediləcək. Yeni sanksiyaların tətbiqində energetika sahəsində investisiyalar və uranium idxalı ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub. Bundan başqa, Rusiya gələcəkdə kimyəvi silahlardan istifadə etməyəcəyinə dair zəmanət verməsə, bu ölkəyə məxsus hava yolları şirkəti olan “Aeroflot”un ABŞ-a uçuşları əngəllənəcək, bank sektoruna və ya valyuta bazarına sanksiyalar tətbiq ediləcək.

10.08.2018 14:45 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo