Daşkəsəndə göldə boğulan 18 yaşlı gəncin meyiti çıxarılıb (Yenilənib)

Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əliyev Emin Bəhruz oğlunun axtarışları başa çatıb. 

FHN-dən Azadinform-a verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

14:04


Samir Soltanov/AZADİNFORM. Daşkəsən rayonunda süni göldə 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

10.08.2018 14:30 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo