OPEC-in gündəlik neft hasilatı açıqlanıb

Samir Soltanov/AZADİNFORM. İyulda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı dəyişməyərək gündəlik 32 milyon 180 min barrel olub. 

Azadinform xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. 

Bildirilir ki, kartel üzrə hasilatın sabit qalmasına səbəb Səudiyyə Ərəbistanının neft istehsalındakı kəskin geriləmədir. Belə ki, iyulda Səudiyyə Ərəbistanının neft istehsalı 110 min barrel azalaraq gündəlik 10 milyon 350 min barrel olub. Səudiyyə Ərəbistanı OPEC-ə üzv ölkələr arasında ötən ay neft hasilatı ən çox azalan ölkədir. 

IEA-nın məlumatına görə, OPEC-in fevral ayından bu vaxtadək ən böyük həcmdə hasilat həyata keçirməsinə baxmayaraq, iyulda Venesuela, Liviya və Anqolada istehsalın kəskin aşağı düşməsi kartel üzrə hasilatın gündəlik 930 min barrel azalmasına səbəb olub. 

Bununla yanaşı, ötən ay OPEC üzrə neft istehsalında ən böyük artım Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdə baş verib. Belə ki, iyulda BƏƏ-nin neft istehsalı 80 min barrel artaraq gündəlik 2 milyon 980 min barrelə, Küveytin hasilatı isə sutkada 2 milyon 800 min barrelə çatıb. 

“Səudiyyə Ərəbistanı, Venesuela, Liviya və Anqolada hasilatın azalması, Küveyt, BƏƏ və Nigeriyada isə xam neft istehsalının artması nəticəsində kartel üzrə hasilat iyulda 32,18 milyon barrel səviyyəsində sabit qalıb”, - deyə hesabatda bildirilir.

10.08.2018 13:36 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo