Əfqanıstan bunu təmin etdi 26 il sonra

Samir Soltanov/AZADİNFORM. “Əfqanıstanın hava məkan 26 ildir ki, xarici dövlətlər tərəfindən idarə olunurdu. Kabil Beynəlxalq Hava limanına yeni radar sisteminin qurulması ilə hava məkanının idarəsi yenidən Əfqanıstan hökumətinin tabeçiliyinə keçib”. 

Azadinform xəbər verir ki, bu barədə Əfqanıstan Prezident Administrasiyasının sözçüsü Şah Hüseyn Mürtəzəvi bildirib. O qeyd edib ki, Əfqanıstanın hava məkanı artıq daha etibarlı olacaq.

Məlumata görə, yeni radar sisteminin xərci 30 milyon dollar olub. Hər il də radar sisteminin baxımına 10 milyon dollar xərclənəcək. 

Xatırladaq ki, Sovet İttifaqı tərəfindən inşa edilən Kabil Beynəlxalq Hava limanındakı köhnə radar sistemi 1990-cı illərdə ölkədə baş verən vətəndaş müharibəsi zamanı məhv edilib.

10.08.2018 13:05 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo