Bakıda quldurluq edən şəxs saxlanılıb

AZADİNFORM. Avqustun 9-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin daxil olması barədə məlumat daxil olub.

DİN-dən Azadinform-a verilən məlumata görə, hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyən ediblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib.

Araşdırma aparılır.

10.08.2018 12:48 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo