Sarkisyanın iki yolu var

Nərgiz Məmməd/AZADİNFORM. “Ermənistanın eks-prezidenti Serj Sərkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sərkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Köçəryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Sərkisyan birinci varianta üstünlük verərsə, onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq: “Ancaq bu varianta Qarabağdakı separatçıların hazırkı idarəediciləri razılaşmayacaqlar. Çünki Qarabağ separatçıları Sərkisyanı qorusalar və İrəvana təhvil verməsələr Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də Qarabağ separatçıları üçün müsbət qərar o olar ki, Serj Sərkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın. Bu arada, Nikol Paşinyan 17 avqustda İrəvanda keçirəcəyi mitinqə Qarabağdakı gənc tərəfdarlarını da dəvət edib. Bu Paşinyana ona görə lazımdır ki, onun Robert Köçəryana və Serj Sərkisyana qarşı mübarizəsi Qarabağ ermənilərinə qarşı mübarizəsi kimi dəyərləndirilməsin”.

10.08.2018 12:28 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo