DİM: 383 bakalavr ərizəsini təsdiq edib

Adəm Abbaslı/AZADİNFORM. 2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a bildiriblər ki, saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 374, rus bölməsi üzrə 9 bakalavr olmaqla, cəmi 383 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.

Qeyd edək ki, ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

10.08.2018 10:55 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo