| |||||
Avroliqa oyununda hakimin başı yarıldı – VideoSamir Soltanov/AZADİNFORM. Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Şturm” (Avstriya) - AEK (Kipr) oyunu insidentlə yadda qalıb. Azadinform xəbər verir ki, 78-ci dəqiqədə azarkeşlərin atdığı şüşə butulka yan xətt hakiminin başına dəyib. Nəticədə hakimin başı yarılıb. Qanlar içində qalan laysmana həkimlər köməklik göstərib. Hadisə ilə bağlı görüşün baş hakimi qarşılaşmanı dayandırıb. Oyunda təxminən 40 dəqiqəyə kimi fasilə yaranıb. Bundan sonra matç qaldığı yerdən davam etdirilib. Qeyd edək ki, görüşdə qələbəyə sevinən tərəf qonaq komanda olub. Qarşılaşma 0:2 hesabı ilə başa çatıb.
10.08.2018 10:20 / Baxılıb: 223 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |