DİM: 39 minədək abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Adəm Abbaslı/AZADİNFORM. Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a bildiriblər ki, saat 10.00-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 11472, II ixtisas qrupu üzrə 8527, III ixtisas qrupu üzrə 9886, IV ixtisas qrupu üzrə 2888 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 1128, II ixtisas qrupu üzrə 920, III ixtisas qrupu üzrə 797, IV ixtisas qrupu üzrə isə 282 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 3017 nəfərdir.

Ümumilikdə 5 ixtisas qrupu üzrə 38677 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

10.08.2018 10:01 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo