Axtarışda olan 5 nəfər tutulub - Dünən

Adəm Abbaslı/AZADİNFORM. Avqustun 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

10.08.2018 09:35 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo