| |||||
Bitkoin ucuzlaşmaqda davam edirAdəm Abbaslı/AZADİNFORM. Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir. Azadinform-un məlumatına görə, bitkoinin qiyməti bu gün 6,4 min dollar həddindən aşağı düşüb. "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 2,43% azalaraq 6,386 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,57% və ya 364,24 dollaradək ucuzlaşıb, "Ripple" 1,93% (0,3595 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,2% (599,88 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 226,36 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.
10.08.2018 09:10 / Baxılıb: 81 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |