Acı dadmayan soğan

GMO-Bəşəriyyət müharibəsi davam edir...

 


Bütün dünyanı cənginə almış genetik modifikasiya olunmuş (GMO) məhsullar ciddi narahatlığa səbəb olur. Kimya sənayesinin və genetika elminin inkişafı ərzaq istehsalında qeyri-təbii texnologiyaya start verib. 

Картинки по запросу gmo mehsullariSon vaxtlar dünyada təbii toxumlu məhsul əkin sahələrinin sayı xeyli azalıb. Hazırda dünya əhalisinin 70 faizindən çoxunun transgen məhsullarla qidalandığı ehtimal olunur. 

Genetik modifikasiya texnologiyası ilk dəfə SSRİ-də kəşf olunub. Lakin bu texnologiyanın təbiətə və insan sağlamlığına zərər vuracağını başa düşən Sovet rəhbərliyi bitkilərin genetik modifikasiya edilməsini qadağan edib və Stalinin əmri ilə bu sahədə elmi təcrübələr dayandırılıb.

Sonralar ABŞ-da belə təcrübələr geniş vüsət alıb və artıq bu ölkədə demək olar ki, bütün bitkilər geni dəyişdirilmiş vəziyyətə gətirilib. İndi dünyaya GMO-nu yayan əsas ölkə ABŞ-dır. 

GMO təhlükəsini dərk edən və artıq ilk fəsadlarla tanış olan inkişaf etmiş ölkələrdə buna qarşı ciddi tədbirlər görülür. Bir sıra ölkələr, o cümlədən İtaliya, Fransa, İsveçrədə geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub. 

Rusiya, Belarus və Ukraynada geni dəyişdirilmiş məhsulun xüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qərara əsasən, istehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir. 

Bu işarələri görən istehlakçılar belə məhsulları almaqdan çəkinirlər. Biz isə sağlamlığımıza zərər vursa da, görünüşü gözəldir, daha doğrusu dəbdədir deyə yeyirik. 

Genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu sonrakı nəsillərdə özünü daha çox biruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər.

Transgen məhsullar təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri vurulmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki təbii mineral, vitamin və s. orqanizmə yararlı olan maddələrdən məhrum olur, yalnız çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı qazanır.

Dünyada biznes maraqları hər şeydən üstün olduğundan əsas məsələ budur - tez, az xərclə, çoxlu və davamlı pul qazanmaq. İnsan sağlamlığı boş şeydir, bundan “Monsanto” kimi qlobal transmilli şirkətlər şəbəkəsi xeyir götürmür. Lakin, GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara on minlərlə bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür.

Похожее изображение

GMO məhsullar Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. Hazırda Azərbaycanda qarpız, pomidor, çuğundur və sair məhsullardan toxum götürmək mümkün deyil. Çünki araşdırmalara görə, ölkədə əkilən pomidorların 95, kartofun azı 70, qarpızların, günəbaxanın, çuğundur və qarpızın 80 faizi GMO-dur. 

“McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərdə və şirniyyatlarda istifadə edilən qidalar tamamilə transgen məhsullardır. Xərçəng və sair təhlükəli xəstəliklərin artmasında bu məhsullar ən böyük rolu oynayır.

Burda daha bir məqam var ki, bu, strateji planda iqtisadi və siyasi baxımdan da ciddi təhlükə vəd edir. Bu da ondan ibarətdir ki, GMO toxumlar torpağı özünə öyrəşdirir, toxum vermir. Bu toxumlar ucuz təklif olunduğundan hamı təbii toxumu qoyub onu əkməyə çalışır. Çünki burda daha çox məhsul götürülür ki, bu da maddi qazanc deməkdir.

Beləliklə, yerli toxumlar sıradan çıxır, ölkə qalır GMO toxum istehsal edən və bütün dünyada ixrac edən “Monsanto” kimi transmilli korporasiyaların əlində. Ölkələr bu şirkətlərdən tam asılı vəziyyətə düşür. Bu isə ərzaq və qida təhlükəsizliyi baxımından son dərəcə təhlükəli perspektiv vəd edir. 

Azərbaycanda qanunla GMO bitkilərin idxalı, istehsalı, satışı qadağamdır. Lakin bu qanunların tələblərinə riayət olunmur. Çünki bazar-dükanda çox sayda transgen məhsullar satılır. Bunlar həm xaricdən gətirilir, həm də ölkə daxilində istehsal olunur.

Artıq soğan acı dadmır. Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın” şeiri isə öz mahiyyətini tamam itirib. Nə tərəvəzdə dad qalıb, nə paxlalarda, nə çörəkdə. Meyvələrin də yarısı həll olunub. Qoruya bilməsək bir neçə ilə yerli təbii məhsullarımız tam yoxa çıxacaq.

Buna görə də, respublikada ölkə başçısının tapşırığı ilə toxumçuluq təsərrüfatlarının yaradılmasını və yerli toxum bazasının qorunub saxlanması istiqamətində digər addımları təqdirəlayiq hesab etmək lazımdır. Bu işi genişləndirməliyik. Çünki bu həm ərzaq təhlükəsizliyidir, həm də qida təhlükəsizliyi. Yekunda isə birbaşa dövlət təhlükəsizliyi məsələsidir.

Картинки по запросу gmo mehsullari

Bu işi təkcə dövlətin üzərinə qoymaq olmaz. Əhali belə məhsulları almasa, onlar tədricən sıradan çıxar. Yerli təbii məhsullarımızın istehsalı artar, pulu isə hansısa Con yox, Mamed dayı qazanar. Xalqımızın da sağlamlığı təhlükə altında qalmaz.


Elçin Bayramlı

Bu məqalə “Aqro Tərəqqi” İctimai Birliyi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Kənd təsərrüfatı məhsulları istehsalçılarının potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

9.08.2018 23:08 / Baxılıb: 335 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo