Atatürk Hava Limanında təyyarələr toqquşdu

Atatürk Hava Limanında “Royal Air Moroc”a məxsus sərnişin təyyarəsi Türk Hava Yollarının (THY) təyyarəsi ilə toqquşub.

Azadinform “İHA”ya istinadən xəbər verir ki, İstanbul-Kasablanka reysini gerçəkləşdirən layner hava limanından uçuşa qalxmağa başlarkən sağ qanadı İstanbul-Afina reysi üzrə sərnişin qəbul etməyə hazırlaşan “Boeing 777”nin quyruğuna çırpılıb.

Qəza nəticəsində təyyarələrə ciddi ziyan dəyib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

THY-yə məxsus təyyarə uçuşunu dayandırıb, sərnişinlər digər laynerlə Afinaya yola salınıb.

9.08.2018 23:36 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo