Əhmədinejad Ruhanini istefaya çağırdı

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hazırkı həmkarı Həsən Ruhanini istefaya çağırıb.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, eks-prezident sosial şəbəkədə yayımladığı videoda iqtisadi böhranın səbəbkarı kimi Ruhanini göstərib:

“Ruhani anbarların və xəzinənin boş, hökumətin isə borcu olduğunu söylədi. 5 il keçib. Xalqın seçkilərdəki səsinə hörmətim səbəbindən səssiz qaldım. Ölkəmizin bizdən daha önəmli olduğunu göz önünə gətirərək heç nə söyləmədim. Ancaq ölkənin iqtisadiyyatı dağılmaq üzrədir. Xalqın inamı sıfıra bərabərdir. Davamlı olaraq düzgün olmayan sözlər danışır. Xalq bundan narazıdır.

Cənab Ruhani, xalq sizə inanmır. Bunu başa düşməyiniz üçün nə deyim? Prezident postunda qalmağınız həm ölkənin, həm də sizin ziyanınıza olacaq. Bəlkə də bunun ən yaxşı yolu prezidentlikdən getməyinizdir”. 

9.08.2018 23:24 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo