Dənizdə batan 59 yaşlı kişinin meyiti tapılıb

AZADİNFORM. Lənkəranda dənizdə 1 nəfər batıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

9.08.2018 21:17 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo