"Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir"

Tehranla Bakı arasında iqtisadi əlaqələr genişlənir.

Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.

Nazir əlavə edib ki, Azərbaycan-İran sərhəd keçid məntəqələri 24 saat fasiləsiz işləyir. Keçən il sərhəd keçid məntəqələrindən təxminən bir milyon insan keçib:

"İranın cari maliyyə ili ərzində bu göstəricinin artmasını gözləyirik".

Bundan əvvəl A.Axundi qeyd etmişdi ki, il ərzində iki tərəfdən 180 min yük maşını sərhədi keçib ki, bu da Azərbaycanla İran arasında ticarət əlaqələrinin inkişafının göstəricisidir. (trend)

9.08.2018 21:05 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo