Qardaşı arvadını öldürdü

Bakıda qətl hadisəsi baş verib. 

Azadinform trend-ə istinadən xəbər verir ki, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib. 

Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

9.08.2018 17:43 / Baxılıb: 271 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo