DİN: Əkin sahələrini və meşələri yandıran 15 nəfər həbs edilib

Samir Soltanov/AZADİNFORM. Biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu istiqamətdə qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. 

Respublika ərazisindəki biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla birgə bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermer və digər torpaq mülkiyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılıb. 

Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.

9.08.2018 16:10 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo