Gömrükdə 95 min 380 ədəd siqaret müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, gömrük əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb. 

DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq “Mitsubishi Pajero” markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub. 

Bu məlumat əsasında idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirib. Bu zaman “Mitsubishi Pajero” markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95 min 380 ədəd müxtəlif adda siqaret aşkar edilib.

9.08.2018 15:58 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo