ABŞ Rusiyaya qarşı yeni sanksiyalara başlayır

Samir Soltanov/AZADİNFORM. “ABŞ Rusiyaya qarşı yeni sanksiyalara başlayır”. 

Azadinform xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin sözçüsü Heather Nauert bildirib. O qeyd edib ki, sanksiyalar İngiltərənin Salisberi şəhərində mart ayında Rusiya agenti Sergey Skripal ilə qızı Yuliya Skripalın zəhərlənməsi faktına görə tətbiq ediləcək: “Yeni sanksiyaların tətbiqində energetika sahəsində investisiyalar və uranium idxalı ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulub”. 

ABŞ dövlət departamentinin sözçüsü vurğulayıb ki, sanksiyalar avqust ayının 22-də tətbiq edilməyə başlayacaq: “Bu barədə rəsmi media qurumlarında məlumat yayılacaq”.

9.08.2018 11:05 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo