Qarabağın oyunu təxirə salınıb

Adəm Abbaslı/AZADİNFORM. Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

PFL-dən Azadinform-a verilən məlumata görə, "Qarabağ" III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə" ilə görüşün təxirə salınmasını xahiş edib.

"Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib.

Topaz Premyer Liqasının I turunun "Qarabağ"-"Zirə" matçı avqustun 10-dan sentyabrın 26-a keçirilib.

9.08.2018 09:20 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo