"Rusiya bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə Yerevan cəzalana bilər"

AZADİNFORM. “Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin 2008-ci ilin avqustundakı Gürcüstan olaylarına münasibət bildirərkən diqqət çəkən fikir də bildirdi – Dünyanın digər paytaxtları da nəticə çıxarmalıdır ki, təcavüzə qarşı cəza qarşısı alınmazdır. 2008-ci il və sonralar çox ciddi mübahisə gedirdi və erməni tərəfi Azərbaycanı qorxutmağa çalışırdı”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq 2008-ci ilin avqust hadisələrindən sonra baş verən proseslərin dünya dövlətləri içərisində hansı paytaxtın təcavüzkar olduğunu aydınlaşdırdığını deyib: “2009-cu il həmsədr ölkə prezidentləri tərəfindən qəbul olunmuş Yenilənmiş Madrid Prinsipləri qəbul edildikdən sonra ATƏT MQ bir neçə dəfə Ermənistanı işğalçı dövlət adlandırdı. Bu həm rəsmi bəyanatlarda var, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusilə amerikalı həmsədr Ceyms Uorlikin verdiyi bəyanatlarda da özünü göstərir. Beləliklə, təcavüzkar paytaxt bəllidir və bu Yerevandır. Rusiya aydın şəkildə bildirdi ki, təcavüzünü davam etdirəcəyi təqdirdə Yerevan cəzalana bilər. Ermənistan-Rusiya münasibətlərinin indiki vəziyyətində Rusiyanın köhnə mövzunu yada salmasını da təsadüfi hesab etmirik. Ermənistan normal münasibətlər sisteminə qayıdarsa, beynəlxalq hüquqa riayət edərsə, bu ilk növbədə onun özü üçün faydalıdır”.

8.08.2018 12:15 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo