32 min 184 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Adəm Abbaslı/AZADİNFORM. İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Azadinform-a bildiriblər ki, avqustun 8-i saat 10.30-a olan məlumata görə, 32 min 184 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 4 min 23 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

8.08.2018 11:25 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo