Dəniz kuboku - 2018 Azərbaycan HDQ-nin komandası ikinci oldu Foto + Video

Samir Soltanov/AZADİNFORM. “Dəniz kuboku - 2018” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələdə “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqları yerinə yetiriblər. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Rusiya komandası birinci, Azərbaycan HDQ-nin komandası ikinci, İran komandası üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb. 

Yarışların ümumi nəticəsinə görə hal-hazırda Azərbaycan HDQ-nin komandası 2-ci yerdə qərarlaşıb. 

“Dəniz kuboku - 2018” müsabiqəsinin növbəti mərhələsində “Üzən minaya artilleriya atışı” epizodu icra ediləcək.


7.08.2018 13:20 / Baxılıb: 94 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo