Rusiya Yunanıstana nota verdi

Samir Soltanov/AZADİNFORM. Rusiya ilə Yunanıstan arasında yaşanan gərginlik davam edir. 

Azadinform xəbər verir ki, ötən ay Yunanıstana səfər edən 2 rusiyalı diplomatın ölkənin daxili işlərinə müdaxilə etməsi səbəb göstərilərək girişinə qadağa qoyulub. İki ölkə arasında gərginliyə yol açan bu hadisədən sonra Rusiya da Yunanıstana qarşılıq verdi. Rusiya Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, ötən ay 2 diplomatımız sərt şəkildə Afinadan qovulub: “Məsələ ilə bağlı Yunanıstanın Rusiyadakı səfiri Andreas Friganasa Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib”. 

7.08.2018 11:53 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo