ABŞ-ın İrana qarşı sanksiyaları rəsmən başlayıb Sanksiya tətbiq edilən sahələr

Samir Soltanov/AZADİNFORM. ABŞ rəhbərliyi İrana qarşı iqtisadi sanksiyaların ilk hissəsini rəsmən tətbiq etməyə başlayıb. 

Azadinform xəbər verir ki, İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazı satmasını, qızıl və polad, alüminium, kömür kimi metallarla ticarət etməsini, sərnişin təyyarəsi və ya hissələrini idxal etməsini əngəlləyən sanksiya paketi artıq qüvvəyə minib. Həmçinin, sanksiyalar xarici şirkətlərin İranın avtomobil sektoruna daxil olmasını əngəlləyir. Bundan başqa, ölkənin əl istehsalı xalçalar və Şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracına embarqo qoyulub.

7.08.2018 10:40 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo