Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Adəm Abbaslı/AZADİNFORM. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Azadinform-a verilən məlumata görə, çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır.

Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

7.08.2018 09:40 / Baxılıb: 163 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.08.2018
20.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo