İlham Əliyev İndoneziya Prezidentinə başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib. 

Azadinform xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

6.08.2018 18:10 / Baxılıb: 348 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo