İkinci Petkimin qurulmasına gələn il başlanacaq

Samir Soltanov/AZADİNFORM. “İkinci “Petkim” neft-kimya zavodunun qurulmasına gələn ilin iyun ayından başlanacaq”. 

Azadinform xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. Z. Qəhrəmanov bildirib ki, SOCAR İzmirdə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının (FID) gələn ilin aprel ayına qədər qəbul olunmasını nəzərdə tutur. İyundan isə zavodun qurulması işlərinə başlanacaq: “Əliağada inşa ediləcək ikinci neft-kimya zavodunda 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması planlaşdırılır. Bu investisiya ilə Türkiyənin neft-kimya məhsulları üzrə idxalının 40 faizinin təmin edilməsi nəzərdə tutulur”. 

Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim”in illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal etdiyini deyən Z.Qəhrəmanov ikinci “Petkim”in isə ölkədə böyük tələbat olan neft-kimya məhsullarının istehsalını həyata keçirəcəyini qeyd edib.

6.08.2018 14:00 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo