540 illik tarixi bina 2 km uzaqlığa daşındı

Samir Soltanov/AZADİNFORM. Türkiyədə tarixi abidələr siyahısında yer alan Artuklu Hamamı yerləşdiyi Həsənkeyf qəsəbəsində digər bölgəyə daşınıb. 

Azadinform xəbər verir ki, 540 illik tarixi binanın daşınmasına səbəb ərazidə aparılan Ilısu Anbarı və Hidro Elektrik Stansiyası layihələrinin tikintisi olub. Bildirilib ki, 1500 ton ağırlığındakı bina 150 təkərli platformaya yüklənərək yeni əraziyə 2 saat 50 dəqiqəyə daşınıb. Daşınma zamanı 2 kilometr yol qət edilib.

6.08.2018 12:23 / Baxılıb: 595 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo