Həsən Ruhani Amerikalı həmkarına "odla oynamamağı" məsləhət görüb

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı "Odla oynamamağa" çağırıb.

Azadinform-un məlumatına görə, bu barədə "Taşim" agentliyi xəbər verir.

"Od ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz" - İran lideri vurğulayıb.

Həmçinin, Ruhani Amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq:

"Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik" - İran prezidenti deyib. 

22.07.2018 15:45 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo