Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinat alıb.

Azadinform-un məlumatına görə, Ağayev Qazaxıstanın "Kayrat" və Hollandiyanın AZ komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

22.07.2018 13:24 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo