Pompeo: Kim Çen İn verdiyi sözə əməl etsin

ABŞ-ın XİN rəhbəri təyin edildikdən sonra ilk dəfə BMT-yə səfər edən Mayk Pompeo bir sıra görüşlər keçirib.

Azadinform xəbər verir ki, Pompeo Şimali Koreya səfəri və müzakirələrlə bağlı məlumat verib. Pompeo deyib: 

“Kim Çen İnin verdiyi sözə əməl etməyini gözləyirik. Şimali Koreya konkret addımlar atana qədər sanksiyalar davam edəcək”.

Pompeo Cənubi Koreyanın xaricii şlər naziri ilə də görüş keçirib. Bundan başqa BMT-nin baş katibi Antonio Quterres tərəfindən də qəbul edilib.

Qapalı görüşlərdən sonra XİN rəhbəri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley ilə mətbuat konfransı keçirib.

Pompeo Şimali Koreyaya tətbiq edilən sanksiyalar barədə sualları cavablandırıb:

“Şimali Koreyaya sanksiya tətbiq etmək təkcə bizim fikrimiz deyil. Bütün dünya belə düşünür. Şimali Koreyanın lideri Kim Çen İn nüvə silahından imtina edəcəyini deyib. Bütün dünya bu sözə əməl edilməsini görməlidir. O, bu barədə Donald Trampa söz verib. Sanksiyalar Şimali Koreya konkret addımlar atana qədər davam edəcək. Bu mövzuda Təhlükəsizlik Şurası eyni fikirdədir. Şimali Koreyanı pirat yox, dost ölkə görmək istəyirik”.

21.07.2018 20:32 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo