Gürcüstanın müxalif partiyası prezidentliyə namizəd irəli sürüb

Gürcüstanın müxalif “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.

Azadinform-un məlumatına görə, D. Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim olunub.

Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”.

Qeyd edək ki, D. Bakrazde parlament azlığının lideridir. O, 2013-cü ildə prezident seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının namizədi olub. 

D. Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. 

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.

21.07.2018 19:23 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo