Rihanna milyarder sevgilisindən ayrıldı

Rihanna milyarder sevgilisi Hassan Cəmildən ayrılıb. 

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, Meksikaya istirahətə gedən sevgililər dincəlmək əvəzinə dava ediblər. 

Ətrafdakı insanlar da onların mübahisəsinə şahid olublar. Sevgililərin niyə dava etdiyi bəlli deyil. Deyilənə görə, mübahisəyə Cəmilin qısqanclığı səbəb olub. 

Birlikdə çox vaxt keçirməsələr də, Hassan Rihannanın ona xəyanət etdiyini düşünür. O, sevgilisini bütün kişilərə qısqanır və kobudcasına onunla dalaşır. Milyarderin bu davranışı Rihannanı bezdirib və o, ayrılmaq qərarı alıb. 

Ayrılığa peşman olmayan müğənni özünə daha çox vaxt ayırmağa başlayıb. Son vaxtlar kökələn Rihanna artıq pəhrizə başlayıb. İfaçı onun üçün ancaq pəhriz yeməkləri hazırlayacaq aşpaz işə götürüb.

20.07.2018 23:43 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo