Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Xan Qərvənd kəndində baş verib. Hələ ki markası məlum olmayan hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Ziyəddin Əli oğlunu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Hadisəni törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

20.07.2018 23:26 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo